23 
Yan
2017
12:53
12
149
1835
Virtual karabakh

Qambiyada sabiq prezidentin gedişindən sonra xəzinədən 11 milyon dollar yoxa çıxıb

23 Yan, 2017
12:53
1835

Qambiyada sabiq prezidentin gedişindən sonra xəzinədən 11 milyon dollar yoxa çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qambiyanın sabiq prezidenti Yahya Cammanin ölkədən getməsindən sonra dövlət xəzinəsindən 11 milyon dollar yoxa çıxıb. 

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə hazırkı prezident Adam Berronun müşaviri May Əhməd Fetti məlumat yayıb. 

“Xəzinə faktiki olaraq boşdur. Bunu Malliyyə Nazirliyinin və Qambiyanın Mərkəzi Bankının texniki mütəxəssisləri təsdiq ediblər”, - Fetti bildirib. 

Onun sözlərinə görə, yalnız son iki həftə ərzində Camma ölkədən 11 milyon dollar çıxarıb. 

Şənbə günü Qambiyanın 20 ildən çox dövlət başçısı vəzifəsini tutan sabiq prezident ölkəni tərk edib. 

Şahidlər bildiriblər ki, Cammanın uçduğu yük təyyarəsinə bir neçə dəbdəbəli avtomobil və digər əşyalar yüklənib. 

Bununla yanaşı, Fetti qeyd edib ki, ölkənin yeni hakimiyyəti tərəfindən Qambiyanın baş aeroportunun rəhbərliyinə sabiq prezidentin şəxsi əşyalarının göyərtəyə alınması qadağan edilmişdi. 

Dekabrda Camma prezident seçkilərində məğlubiyyətini etiraf etməkdən imtina edib. Seçkilərdə seçicilərin 45,5%-i Berrouya səs verdiyi halda, Yahya Cammanın namizədliyini 36,7% seçici dəstəkləyib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri