23 
Yan
2017
23:34
146
34
2649
Virtual karabakh

Avstraliya aeroportlarında pasport yoxlanışı ləğv olunacaq

23 Yan, 2017
23:34
2649

Avstraliya aeroportlarında pasport yoxlanışı ləğv olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliya aeroportlarında pasport yoxlanışını ləğv etmək və xarici sərnişinlərin kimliyini müəyyənləşdirmək üçün yüksək texnoloji sistem tətbiq etmək planlaşdırılır. 

Oxu.Az xəbər verir ki, bu barədə The Sydney Morning Herald qəzeti yazır. 

Hava limanlarında səyahətçilərin üzünü, gözlərini və ya barmaq izlərini skan edən qurğular quraşdırılacaq, sonradan bu informasiya məlumat bazasındakı informasiya ilə müqayisə ediləcək. 

Sərnişinin kimliyinin müəyyənləşdirilməsi avtomatik yerinə yetiriləcək və çox vaxt aparmayacaq. Avstraliya hökuməti 2020-ci il üçün xaricdən gələn qonaqların 90%-nin bu sistem ilə yoxlanılmasını istəyir. 

Bu ilin iyulunda yeni texnologiya ölkənin paytaxtı Kanberrada, Sidney və Melburn şəhərlərinin hava limanlarında isə noyabr ayında tətbiq ediləcək. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri