25 
Yan
2017
12:33
29
241
2338
Virtual karabakh

İtaliyada qar uçqunu altında qalan hoteldə ölənlərin sayı 21 nəfərə çatdı – YENİLƏNİB

25 Yan, 2017
12:33
2338

İtaliyada qar uçqunu altında qalan hoteldə ölənlərin sayı 21 nəfərə çatdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xilasedicilər İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində qar uçqunu altında qalan “Rigopiano di Farindola” hoteldən daha üç nəfərin cəsədini çıxarıblar. Beləliklə, ölənlərin sayı 21 nəfərə çatıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “RaiNews24” telekanalı məlumat yayıb.

Son bir neçə gün ərzində xilasedicilər qarın altından 11 sağ qalan adamı çıxarıblar. Hazırda səkkiz nəfər rəsmi olaraq itmiş hesab edilir. 

09:47

İtaliyanın mərkəzindəki Qran-Sasso dağ massivində yerləşən “Rigopiano di Farindola” hotelinin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Son olaraq dağıntılar altından kişi meyiti çıxarılıb.

Hazırda 11 nəfər itkin düşmüş hesab olunur.

24.01.2017 / 10:33

İtaliyanın mərkəzi Apennində qar uçqunu altında qalan hoteldə ölənlərin sayı doqquza çatdı. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, daha öncə yeddi nəfərin öldüyünə dair məlumat yayılmışdı. 

20 qonaq və əməkdaşın taleyi məlum deyil. 11 nəfər xilas olub.  

Keçən həftə çərşənbə günü güclü zəlzələnin səbəb olduğu ehtimal edilən qar uçqunu nəticəsində İtaliyanın Abrutstso regionunda Qran-Sasso dağ massivində yerləşən hotel qar altında qalıb. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri