17 
Fev
2017
17:58
19
86
1435
Virtual karabakh

Münhen Təhlükəsizlik Konfransı başlayıb

17 Fev, 2017
17:58
1435

Münhen Təhlükəsizlik Konfransı başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərinə görə, konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri