19 
Fev
2017
21:14
12
231
1670
Virtual karabakh

Somali paytaxtında partlayış törədilib: 35 nəfər ölüb

19 Fev, 2017
21:14
1670

Somali paytaxtında partlayış törədilib: 35 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ən azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.

Oxu.az APA-ya istinadən xəbər verir ki, ölənlər arasında ən azı 10 qadın, o cümlədən uşaqlar var.
 
Şəhər dairəsinin rəhbəri Əhməd Afraks partlayışın bomba yüklü yük maşını ilə törədildiyini bildirib. Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.
 
Qeyd edək ki, Somalidə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqədə olan “Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. “Aş-Şabab” hökumətlə silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri