21 
Fev
2017
14:35
13
60
1276
Virtual karabakh

Horner: “Bolid RB13” – ən gözəl işlərimizdən biridir

21 Fev, 2017
14:35
1276

Horner: “Bolid RB13” – ən gözəl işlərimizdən biridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Red Bull” komandasının rəhbəri Kristian Horner son illər “Formula 1”-də dominantlıq edən “Mercedes”ə qalib gəlməyə ümid edir. 

“Red Bull” qarşıdan gələn mövsümdə iştirak edəcək bolidini fevralın 26-da Barselonada birinci sınaq günündən öncə təqdim edəcək. 

Oxu.Az xəbər verir ki, Avstriyada komanda pilotlarının Daniel RikkardoMaks Ferstappen “Formula 1”-in yeni reqlamentə keçməsini asanlıqla nail olacaqlarına inanırlar. 

“Düşünürəm ki, RB13 – hazırladığımız ən gözəl avtomobillərdən biridir, çünki yeni reqlamentə görə, avtomobil düzgün həndəsi quruluşa və bərabər hissələrə malikdir. Bir deyim var: bolid yaxşı görünürsə, sürətlə də gedir. Əminəm ki, bu avtomobil düzgün görünür.

“Red Bull” bəlkə də ən güclü pilotlara malikdir. Ferstappenin inkişafı və təkamülünü, onun necə böyüdüyünü, təcrübə yığmasını və özünə əminliyini müşahidə etmək maraqlıdır. Rikakrdo mənim üçün keçən əsrin ən yaxşı yarışçısı idi. O, bir neçə fenomenal çıxış edərək imkanlarının pik nöqtəsində olub.      

Yarışçıların ən böyük nailiyyəti nədir? Ümid etmək istərdim ki, onlar bacaracaqlar, belə ki, bu il bir qədər çətin olacaq. Onların hər ikisi aqressiv idmançıdır, etdikləri işdən zövq alırlar. Onlar bir-birinə təzyiq göstərməyə hazırlaşırlar, bu isə komanda perspekitivi üçün əladır. Bolidlərimizdə bundan çox motivə olunmuş yarışçı arzulaya bilmərəm”, - Horner deyib. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri