21 
Fev
2017
14:06
32
104
1634
Virtual karabakh

Stokholmda polisləri daşa basıblar - VİDEO

21 Fev, 2017
14:06
1634

Stokholmda polisləri daşa basıblar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stokholm ətrafında çərşənbə axşamına keçən gecə, əsasən mühacirlərin yaşadığı rayonda asayiş pozuntusu baş verib. 

Qarşıdurmalarda iştirak edənlərin dəqiq sayını göstərmək mümkün olmayıb, belə ki, hadisə zamanı insanlar qarşıdurmanın baş verdiyi yerdən ayrıldıqdan bir müddət sonra geri qayıdırdılar. Toqquşma gecə saatlarında şəhərin metro stansiyalarının birinin yaxınlığında polislərin şübhəlilərin saxlanılması üzrə əməliyyatın keçirildiyi ərazidə baş verib. 

Polislər bir neçə xəbərdarlıq atəşi açmalı olublar, bundan sonra asayiş keşikçilərinə hadisə yerində olan şəxslər daş atmağa başlayıblar.  

İki saat keçdikdən sonra qonşu rayonda naməlum şəxslər onlarla avtomobili yandırıb, mağazaları talan ediblər. 

Yerli hakimiyyətin məlumatına görə, asayiş pozuntusu zamanı dəyən zərərin dəqiq həcmi yalnız bu gün bilinəcək. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri