21 
Fev
2017
14:19
37
132
2432
Virtual karabakh

Türkiyə səfiri İran XİN-ə çağırılıb

21 Fev, 2017
14:19
2432

Türkiyə səfiri İran XİN-ə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin İrandakı səfiri Reza Hakan Tekin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Report” “Haber7”-yə istinadən xəbər verir. 

Məlumata əsasən, diplomata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bəhreynə səfəri zamanı və xarici işlər naziri Mövlud Çavuşoğlunun Münhendə Təhlükəsizlik Konfransında İran hakimiyyəti haqqında söylədiyi fikirlərə etiraz bildirilib.

Ötən gün isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasimi Türkiyə rəsmilərinin fikirlərinə münasibət bildirərkən deyib: “Türkiyə məsələsində səbirli davranırıq. Ancaq səbrimizin də sərhədi var. Türk dostlarımız bu ifadələri təkrarlasa, biz də susmayıb, qarşılıq verəcəyik”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bəhreynə səfəri zamanı İran hakimiyyətini İraq və Suriyada fars milliyyətçiliyi siyasəti yürütdüyünü bildirmişdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə konfransdakı çıxışında bəyan etmişdi ki, İran Suriya və İraqda müsəlmanlar arasında bölücülük yaradır: “İranı bölgədə sabitliyi və təhlükəsizliyi təhdid etməyi dayandırmağa çağırırıq”.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri