21 
Fev
2017
17:07
32
336
2186
Virtual karabakh

İran və Ermənistan gömrük darvazasından birgə istifadə edirlər

21 Fev, 2017
17:07
2186

İran və Ermənistan gömrük darvazasından birgə istifadə edirlər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hökuməti Meqri-Norduz gömrük darvazasının müştərək istifadəsinə dair hər iki dövlətin imzaladığı sazişi təsdiqləyib. 

Oxu.Az bu barədə erməni KİV-nə istinadən xəbər verir. 

Gömrük darvazalarının müştərək istifadəsinə dair saziş keçən ilin dekabr ayının 21-də İran prezidenti Həsən Ruhaninin Ermənistana rəsmi səfəri zamanı imzalanıb. 

Gömrükçülər sərnişin avtomobillərinin azad hərəkətinə dair razılığa gəliblər. Bunun üçün onlar hökumətləri qarşısında yol və müştərək sərhədi keçən iki ölkə avtomobillərinin zəmanət ödənişlərinin ləğv edilməsinə dair təklif ilə çıxış ediblər. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri