21 
Fev
2017
17:59
112
30
3901
Virtual karabakh

Kim Çen Namın oğlu Malayziyaya gəlib

21 Fev, 2017
17:59
3901

Kim Çen Namın oğlu Malayziyaya gəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kim Çen Namın oğlu atasının cəsədinin götürmək üçün Malayziyaya gəlib. 

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir. 

Məlumata görə, Kim Xan Sol Malayziyanın paytaxtına bu gün səhər saatlarında gəlib və artıq atasının cəsədi olan hospitala gedib. Hospitalın mühafizəsi gücləndirilib, ora 30-40 xüsusi təyinatlıdan ibarət bölük göndərilib. 

Malayziya polisi fevralın 14-də Kuala-Lumpur aeroportunda özünü pis hiss edən və xəstəxanada dünyasını dəyişən Kim Çen Namın ölümünü təsdiqləyib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, başgicəllənməsi hiss edib, yardım üçün aeroport xidmətinə müraciət edib və naməlum şəxsin onun üzünə maye sıçratdığını deyib. 

Digər versiyaya görə, naməlum qadın üzərinə maddə tökülmüş parçanı onun üzünə yaxınlaşdırıb. Cənubi Koreya KİV-i zəhərlənmiş iynələrin istifadə edildiyi hücumdan yazıb. Səslənən versiyalardan heç biri rəsmən təsdiq edilməyib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri