21 
Fev
2017
19:00
77
175
3630
Virtual karabakh

Le Pen müfti ilə görüş zamanı başını bağlamaqdan imtina edib

21 Fev, 2017
19:00
3630

Le Pen müfti ilə görüş zamanı başını bağlamaqdan imtina edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Xalq cəbhəsi” partiyasının rəhbəri Mariya Le Pen Livanın ali müftisi ilə görüşün, onun başına yaylıq bağlamaqdan imtina etdiyindən sonra ləğv edildiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Ali müftiyə mənim hörmətlərimi çatdırın, amma mən heç bir zaman başımı bağlamayacam”, - Le Penin sözlərini agentlik sitat gətirib.

Agentlik müftinin mətbuat katibinə istinadən verilən məlumata görə, Le Penin köməkçilərini əvvəlcədən başını örtməli olduğuna dair xəbərdarlıq edilib.

Daha öncə Beyrutda Le Penin livanlı baş nazir Səid Hariri  və prezident Mişel Aun ilə görüşü barədə məlumat yayılmışdı. 

Le Pen və sabiq iqtisadiyyat naziri Emmanuel Makron Fransada aprelin 23-də və mayın 7-də keçiriləcək prezident seçkilərində favorit hesab edilirlər. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri