21 
Fev
2017
18:45
66
184
2313
Virtual karabakh

Benin idmançıları Bakıda İslamiadada iştirak edəcək

21 Fev, 2017
18:45
2313

Benin idmançıları Bakıda İslamiadada iştirak edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Benin yığması Azərbaycanda may ayında keçiriləcək İslam həmrəyliyi Oyunları -2017-də iştirak edəcəyini bəyan edib.  

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, komanda doqquz idman növü - yüngül atletika, boks, karate, taekvando, cüdo, uşu, basketbol 3x3, tennis və stolüstü tennis üzrə yarışlarda iştirak edəcək.

Futbol, gimnastika, həndbol, atıcılıq, voleybol, ağır atletika və güləş üzrə yarışlarda bu Afrika ölkəsinin nümayəndələri olmayacaq. 

Beninin idman naziri Osvald Homeku və Milli olimpiya və idman komitəsinin prezidenti Julyen Minavoa beninli idmançıların hazırlaşması və Bakıya səyahət üçün yaxşı şəraitin yaradılması üçün çalışır. Bunun üçün son nüanslar praktiki olaraq həll edilib.   

Minavoa Bakıda idmançılar üçün yaradılan şəraitdən razıdırlar. “Bütün iştirakçılar 2013-cü ildə İndoneziyada keçirilən İslamiadadan fərqli olaraq Olimpiya kəndlərində yerləşdiriləcək. İndoneziyada keçirilən yarışlar zamanı idmançılar üçün nəzərdə tutulan olimpiya kəndi kiçik olduğundan bir neçə komanda hoteldə yerləşməli olub”, - Komitə rəhbəri bəyan edib. 

O, həmçinin qeyd edib ki, beninli idmançılar Azərbaycana gəldikdə viza alacaqlar bu da çox rahatdır.  
Benin – Qərbi Avropada dövlətdir. Ölkədə müsəlmanların sayı əhalinin 25%-nə bərabərdir. Beninin sakinlərinin əksəriyyəti xristianlardır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri