21 
Fev
2017
20:09
30
341
4570
Virtual karabakh

Hindistanda almaniyalı qadını dişləyərək qarət ediblər

21 Fev, 2017
20:09
4570

Hindistanda almaniyalı qadını dişləyərək qarət ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda naməlum şəxs almaniyalı turist qadına hücum edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, fevralın 21-də, The New Indian Express qəzeti məlumat yayıb.

Nəşrin məlumatına əsasən, hadisə fevralın 20-də ölkənin cənub-qərbində Maysur şəhərinin ətrafında baş verib. 

32 yaşlı qadın günəşin qürubunu yüksəklikdən seyr etmək üçün yaşayış məntəqəsinin yaxınlığında təpəyə qalxıb.

Hava qaralanda səyahətçi təpədən aşağı düşüb. Bu zaman onu naməlum kişi izləməyə başlayıb. Cinayətkar qadına təcavüz etmək istəyib, qadın müqavimət göstərib, kişi isə onu dişləyib.

Almaniyalı turist yoldan keçən insanları köməyə çağırıb. Qorxuya düşən cinayətkar qadının 38 dollar pulunu oğurlayaraq hadisə yerindən qaçıb. 

Hazırda yerli polis faktla bağlı araşdırma aparır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri