22 
Fev
2017
10:45
29
124
2078
Virtual karabakh

Gürcüstanda gecə klubunda yanğın: Ölən var

22 Fev, 2017
10:45
2078

Gürcüstanda gecə klubunda yanğın: Ölən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Batumidə “Arena” gecə klubunda yanğın baş verib, yanğın nəticəsində bir qadın ölüb. 

Oxu.Az bu barədə “İnterfaks”a istinadən xəbər verir. 

Şahidin sözlərinə görə, yanğın partlayan kondisioner səbəbindən baş verib və demək olar ki, alov dərhal bütün zalı bürüyüb. Həmin an klubda 30-dan çox adam olub. 

Qeyd edilir ki, dörd nəfər xəsarət alıb, onlardan ikisi ağır vəziyyətdədir. 

İlkin məlumata görə, ölən gecə klubunun işçisidir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri