22 
Fev
2017
11:13
188
15
967
Virtual karabakh

Pakistanda səkkiz yaraqlı məhv edilib

22 Fev, 2017
11:13
967

Pakistanda səkkiz yaraqlı məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistan polisləri Karaçi şəhərində xüsusi əməliyyat zamanı 8 yaraqlını məhv ediblər. 

Oxu.Az xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb. 

Polis “Tehrik-i-Taliban” terror təşkilatının axtarışda olan yaraqlısı Qulya Zamanın Karaçi şəhərində Çelir rayonunda olduğuna dair xüsusi əməliyyat keçirib. Polisin məlumatına görə, o, şəhərdə terror aktı keçirmək istəyirdi. 

Xüsusi əməliyyat nəticəsində polis Zamanı, eləcə də yeddi terrorçunu tapıb və zərərsizləşdirib. Yaraqlılar yaxın günlərdə Pakistanda baş verən terror aktı silsiləsinin arxasında duran “Taliban” radikal hərəkatının “Camaat-ur-Ahrar” bölməsinə aid idilər. 

Terror aktlarından sonuncusu Hayber-Pahtunhva əyalətinin Tangi şəhərində baş verib. Yaraqlılar məhkəmə zalına hücum ediblər, hücum nəticəsində 8 nəfər ölüb, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri