22 
Fev
2017
14:33
138
21
1227
Virtual karabakh

Kiyev Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb

22 Fev, 2017
14:33
1227

Kiyev Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb.

Oxu.Az bu barədə UNİAN agentliyinə istinadən xəbər verir. 

“Münaqişə tərəfinin BMT-nin TŞ-nın daimi üzvü kimi bu masa arxasında olmasına baxmayaraq, Şuranın “qanlı münaqişələrə” effektiv reaksiya vermək qabiliyyəti olmalıdır”, - bunu P.Klimkin  Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasda bildirib.  

Ukrayna XİN rəhbəri BMT-nin Nizamnaməsinin 27 maddəsini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərar qəbul edilərkən bitərəf olmalıdır. Onun sözlərinə görə, bu maddənin “iqnor” edilməsi yolverilməzdir. 

Hazırda BMT TŞ-nin daimi üzvləri Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya veto hüququna malikdirlər, bu, hüquq onlara beynəlxalq təşkilatın istənilən qətnaməsini blok etməyə imkan verir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri