22 
Fev
2017
16:41
200
22
2629
Virtual karabakh

Kəşmirdə dəbdəbəli toylara qadağa

22 Fev, 2017
16:41
2629

Kəşmirdə dəbdəbəli toylara qadağa

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprel ayından Hindistanın Cammu və Kəşmir ştatlarında dəbdəbəli toylara qadağa qoyulub: gəlinin valideynlərinin toya çağırdıqları qonaqlarının sayı 500-ü, bəy tərəfinin isə 400-ü keçməməlidir.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.   

Bundan başqa, toy banketində əsas yeməklərin sayı yeddidən çox olmaması lazımdır, belə ki, bu ərzaqların israfçılığının qarşısını alacaq.

Regional parlamentin üzvlərindən biri bunun bütün Hindistan ərazisində tətbiqini təklif edib.  
Sərəncam vətəndaşların toyların keçirildiyi zaman yaranan səs-küy və tullantılara görə çoxsaylı şikayətlərinə cavab olaraq qəbul edilib.  

Analoji qadağalar yerli hakimiyyət tərəfindən artıq 1984-cü ildə qəbul edilmişdi, amma kütləvi etiraz aksiyalarından sonra bu qadağa ləğv edildi. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri