22 
Fev
2017
23:19
524
27
4727
Virtual karabakh

Türkiyə XİN: Ermənistan hər yerdə məğlub olur

22 Fev, 2017
23:19
4727

Türkiyə XİN: Ermənistan hər yerdə məğlub olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənun xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.

M.Çavuşoğlu Türkiyənin Xocalı hadisələrini heç vaxt unutmayacağını deyib:

“Xocalı reallıqdır. Bu, 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Ermənistan isə həqiqəti qəbul etmək istəmir”.

Nazir həmçinin qeyd edib ki, uzun illərdir Türkiyə Ermənistanın 1915-ci il hadisələri ilə bağlı böhtanları ilə mübarizə aparır.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri