22 
Fev
2017
15:34
38
268
3140
Virtual karabakh

Jirinovski Putinə “Əlahəzrət” deyərək müraciət etməyi təklif edib

22 Fev, 2017
15:34
3140

Jirinovski Putinə “Əlahəzrət” deyərək müraciət etməyi təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bəyan edib ki, Rusiyada rəsmi şəxslərə müraciət zamanı Rusiya imperiyası dövründəki müraciət formalarından istifadə etmək lazımdır. 

Oxu.Az xəbər verir ki, bu barədə fevralın 22-də “Moskva” şəhər xəbərləri agentliyi məlumat yayıb. 

“Yoldaş prezident” – səslənmir, “cənab prezident” - səslənmir. “Əlahəzrət” – bax bu gözəl səslənir”, - siyasətçi jurnalistlərə deyib. 

Partiya lideri generallara və qubernatorlara isə “Zati-aliləri” titulunu verməyi təklif edib. 

Bundan başqa, Jirinovski Vətən müdafiəçisi gününün aprelə keçirməyi təklif edib. Belə ki, “Ordu 99 il öncə 1918-ci ilin 23 fevralda deyil, Çudski gölündə 1942-ci ilin aprel ayının 5-də yaradılıb”, - o, bəyan edib. 

Keçən ilin sentyabr ayında Kremldə mükafatlandırma mərasimində Jirinovski Rusiya imperiyasının “Tanrı çarı qorusun!” dövlət himnində sitat gətirib, o, dəfələrlə bu himni imperiya bayrağı ilə geri qaytarmağı təklif edib. 

2014-cü ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Dövlət Dumasının altıncı çağırışının fraksiyaları ilə görüş zamanı siyasətçi dövlət başçısının imperator adlandırmağı təklif edib.   

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri