22 
Fev
2017
16:57
166
21
1684
Virtual karabakh

Litva XİN: Rusiya Dağlıq Qarabağda münaqişələrə sövq edir

22 Fev, 2017
16:57
1684

Litva XİN: Rusiya Dağlıq Qarabağda münaqişələrə sövq edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rusiya tərəfindən aparılan xarici siyasət bütün dünyada sülh üçün təhdiddir”. 

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu fikri fevralın 21-də Nyu-Yorkda BMT-nin Təhlükəsizlik Şurasında Litvanın XİN rəhbəri Linas Linkyaviçyus bildirib. 

Onun sözlərinə görə, soyuq müharibənin başa çatması ilə Avropada ideoloji qarşıdurmalar qalıb. Linkyaviçyus bəyan edib ki, Rusiya Dnesteryanı, Dağlıq Qarabağ, Gürcüstanda donmuş münaqişələri sövq edir və Ukraynaya qarşı hərbi aqressivliyini davam etdirir. 

“Avropada münaqişələrin həlli üçün bütün mümkün regional və beynəlxalq təşkilatlardan, eləcə də sanksiyalar daxil olmaqla diplomatik təsir vasitələrindən istifadə etmək lazımdır”, - Litvanın XİN rəhbəri ehtimal edir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri