23 
Fev
2017
10:55
42
6
919
Virtual karabakh

Quterreş BMT-də terror əleyhinə idarə yaratmağı təklif edib

23 Fev, 2017
10:55
919

Quterreş BMT-də terror əleyhinə idarə yaratmağı təklif edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT-nin baş katibi Quterreş təşkilatda terrorizmlə mübarizə idarəsi yaratmaq təklif edib. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin Baş Assambleyasının üzv dövlətlərinin görüşündə bəyan edib. 

Quterreş, baş katibin müavininin rəhbərlik edəcəyi terrorizmlə mübarizə idarəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Hazırda BMT-nin Təhlükəsizlik Şurasının terror əleyhinə komitəsi mövcuddur. Struktur ABŞ-da sentyabrın 11-də baş verən terror aktından sonra BMT-nin TŞ tərəfindən 2001-ci ildə təsis edilib.  

Quterreşin sözlərinə görə, onun təklif etdiyi struktur BMT TŞ-nin hazırkı strukturlarının işinə qarışmayacaq və kuratorluq etməyəcək. “Təklif edilən yeni idarə üzv dövlətlərin heç birinin suverenliyinə qəsd etməyəcək”, - o deyib.  

O, təşkilatın üzv dövlətlərinin nümayəndələrindən iki həftə ərzində öz fikirlərini yazılı və ya şifahi şəkildə təqdim etmələrini xahiş edib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri