23 
Fev
2017
12:51
151
21
1488
Virtual karabakh

İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər

23 Fev, 2017
12:51
1488

İraq hərbçiləri Mosulun əsas aeroportuna hücum ediblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraqın təhlükəsizlik qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə “İslam dövləti” terror təşkilatının nəzarət etdiyi ərazidə yerləşən Mosulun əsas aeroportuna hücuma keçiblər. 

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir. 

“Çevik reaksiya qüvvələri, federal polis və terror əleyhinə mübarizə bölükləri Mosul aeroportuna və Əl-Qalyani hərbi düşərgəsinə hücum ediblər”, - agentlik dövlət televiziyasının məlumatından sitat gətirib.

Fevralın 19-da İraqın baş naziri Heydar əl-Abadi İŞİD-in nəzarət etdiyi Mosulun qərb hissəsinin azad edilməsi üzrə əməliyyatın başlanmasını elan edib. Onun sözlərinə görə, ilkin məsələ - terrorçuların əlindən dinc əhalini xilas etməkdir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri