24 
Fev
2017
15:23
338
19
1715
yuxarı
Türk hərbçiləri İraqın şimalında 27 terrorçunu məhv edib
24 Fev, 2017
15:23
1715
338
19
Türk hərbçiləri İraqın şimalında 27 terrorçunu məhv edib
Fevralın 22-də Türkiyənin HHQ-nin Suriyanın şimalında endirdikləri aviazərbələr nəticəsində Türkiyədə qadağan edilmiş Kürdüstan Fəhlə Partiyasının (KFP) 27 üzvü məhv edilib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“İraqın şimalında Kandil dağı ərazisində fevralın 22-də havadan hücum əməliyyatı nəticəsində KFP separat terror təşkilatının 27 üzvü məhv edilib”, - Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Türkiyə HHQ zərbələri kəşfiyyat məlumatlarının operativ təhlili nəticəsində həyata keçirilib. Kürd qiyamçılarının üç sığınacağı məhv edilib.
N.О.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək