24 
Fev
2017
17:32
22
368
2063
Virtual karabakh

Suriyada partlayış: 45 nəfər ölüb – YENİLƏNİB

24 Fev, 2017
17:32
2063

Suriyada partlayış: 45 nəfər ölüb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suriyanın Əl-Bab şəhəri yaxınlığında baş verən partlayışın nəticəsində ölənlərin sayı 60-a çatdı, onlarla insan yaralanıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Daily Sabah” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, 42 nəfər Türkiyə ilə sərhəddə yerləşən Kilis əyalətinin xəstəxanasına göndərilib.

Terror aktı təxminən şəhərdən səkkiz kilometr şimali-qərbdə baş verib. Minalanmış avtomobil hərbçilərin yanında partlayıb, onların arasında Suriyanın Azad Ordusunun döyüşçüləri olub.

Yerli təhlükəsizlik qüvvələri partlayışa görə məsuliyyəti “İslam dövləti” yaraqlılarının üzərinə qoyur.  

12:53

Suriyanın qərbində Əl-Babda güclü partlayış baş verib. 

Oxu.Az “Al Jazeera”ya istinadən xəbər verir ki, kamikadze-terrorçu partlayıcı olan yük maşınını partladıb. 

Partlayış nəticəsində 45 nəfər ölüb, onlarla yaralı var. 

Partlayışı “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvlərinin törətdiyi ehtimal edilir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri