24 
Fev
2017
17:53
71
191
5399
Virtual karabakh

Birləşmiş Ərəb Əmirlikləri Latviyaya nota verdi

24 Fev, 2017
17:53
5399

Birləşmiş Ərəb Əmirlikləri Latviyaya nota verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Latviya Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin yeni səfiri Xanana Halfana Obayda Əli əl-Madaninin diplomatik toxunulmazlığına və müsəlman ənənələrinə qarşı hörmətsizlik əlaməti olan yanaşmadan sonra nota alıb. Bu barədə Latviya XİN-in mətbuat xidməti məlumat yayıb.  

Oxu.Az xəbər RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə Riqa aeroportunda baş verib.  

“Səfir Latviyaya gəldikdən sonra Riqa aeroportunun əməkdaşları ondan ənənəvi müsəlman geyimini və hicabını çıxarmasını tələb ediblər. Səfir bunu yalnız qadınların yanında edə biləcəyini bildirib. 

Aeroport əməkdaşları bu imkanı yaratmamaq əvəzinə, hətta təhqiramiz şərhlər də ediblər”, - Latviya XİN-in aldığı notada deyilir. 

Fevralın 9-da Latviyada BƏƏ-nin səfirliyi açılıb. Xarici işlər naziri Edqar Rinkeviç səfirliyin açılmasının dövlətlər arasında siyasi-iqtisadi əməkdaşlığa, eləcə də investisiyaların cəlb edilməsinə vasitəçilik edəcəyini bildirib.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri