24 
Fev
2017
22:43
517
125
6415
Virtual karabakh

Ərdoğan: Mən ölüm hökmünün bərpasını dəstəkləyirəm

24 Fev, 2017
22:43
6415

Ərdoğan: Mən ölüm hökmünün bərpasını dəstəkləyirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə parlamenti mövcud qanunvericilikdən imtina etsə, ölkədə ölüm hökmünün bərpası ilə bağlı referendum keçirilə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Əgər parlament ölüm hökmünün bərpasına dair sənədi təsdiq edərsə, mən bu qanunu dəstəkləyəcəm. Problem ondadır ki, bu cür qanunlar konstitusiyaya dəyişikliklər nəzərdə tutur”, - Türkiyə lideri deyib.

Ərdoğan əlavə edib ki, parlament ölüm hökmünün ləğvinə dair qanunu dəstəkləməsə, referendum baş tutacaq.

Bundan əlavə, Türkiyə prezidenti hesab edir ki, bu qanun ötən il baş vermiş dövlət çevrilişinə cəhdin iştirakçılarına qarşı tətbiq oluna bilər.

Qeyd edək ki, Türkiyədə ölüm hökmü rəsmən 2002-ci ildə ləğv olunub. Bu addım Türkiyə qanunlarının Avropa İttifaqının qanunlarına uyğun olması üçün atılmışdır.

Ölüm hökmünün bərpasından sonra Türkiyənin Aİ-yə üzv olması qeyri-mümkün olacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri