25 
Fev
2017
11:37
32
165
4157
Virtual karabakh

Pelenin oğlu Braziliya polisinə təslim oldu

25 Fev, 2017
11:37
4157

Pelenin oğlu Braziliya polisinə təslim oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfsanəvi Braziliya futbolçusu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Amma Edinyo işi appelyasiya məhkəməsində baxıldığı dövrdə azadlıqda qalıb. 

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Cümə günü 46 yaşlı Edinyo Santos şəhərinin polis idarələrindən birinə gəlib. 

“Çox məyusam, çünki məni törətmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - Reuters onun sözlərindən sitat gətirib. 

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur “Santos” klubunda çıxış edib. Onun atası Pele də məhz “Santos”da məşhurlaşıb.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri