25 
Fev
2017
11:43
19
167
1782
Virtual karabakh

Homsda partlayışlar: Ölən və yaralananlar var – YENİLƏNİB

25 Fev, 2017
11:43
1782

Homsda partlayışlar: Ölən və yaralananlar var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Homsda törədilən terror aktında ölənlərin sayı 35 nəfərə çatıb. Onlarla insan yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti”yə hadisə yerində olan məlumatlı mənbə bildirib.

Xatırladaq ki, Homs şəhərində hərbi müəssisələrin yaxınlığında iki kamikadze-terrorçu özünü partladıb.

Kamikadzenin özünü partlatması nəticəsində hərbi bazanın rəisi general Həsən Daabul da partlayış zamanı ölüb.

11:34

Suriyanın Homs şəhərində hərbi müəssisələrin yaxınlığında iki kamikadze-terrorçu özünü partladıb, hadisə nəticəsində ölən və yaralananlar var. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Novosti-yə hadisə yerində olan məlumatlı mənbə bildirib. 

“Məlumata görə, Homs şəhərində iki kamikadze-terrorçu özünü partladıb. Biri dövlət təhlükəsizliyi şöbəsinin binasının yanında, digəri isə hərbi kəşfiyyat xidmətinin şöbəsinin yanında”, - agentliyin həmsöhbəti bildirib. 

İlkin məlumata görə, hərbi kəşfiyyat xidməti şöbəsinin yaxınlığında baş verən partlayışda 15-dən çox adam ölüb. Dövlət təhlükəsizliyi şöbəsinin yaxınlığında baş verən partlayışda həyatını itirənlər haqqında hələlik məlumat yoxdur. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri