25 
Fev
2017
12:10
123
76
3654
Virtual karabakh

ABŞ vitse-prezidenti İsrail və Nikaraquanın bayraqlarını səhv saldı – FOTO

25 Fev, 2017
12:10
3654

ABŞ vitse-prezidenti İsrail və Nikaraquanın bayraqlarını səhv saldı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın vitse-prezidenti Mayk Pens İsraili dəstəklədiyi mətndə Nikaraquanın bayrağından istifadə edib.

Oxu.Az bu barədə “Rambler news”a istinadən xəbər verir. 

“Bizim yəhudi xalqına verdiyimiz dəstək ölkəmizin sərhədləri ilə məhdudlaşmır. Trampın hakimiyyətdə olduğu dövrdə dünya bilməlidir ki, Amerika İsrailin tərəfindədir”, - Pens Twitter hesabında yazıb və yazdıqlarına Nikaraquanın bayrağını əlavə edib. 

Sosial şəbəkə istifadəçiləri səhv barədə müzakirələr apardıqdan sonra o, tvitini silib. 

Daha öncə Maykl Pensin və Avropa Şurasının rəhəri Donald Tuskun Brüsseldəki görüşü ulduzlarının sayı əslindən artıq olan Amerika bayrağı altında keçirilib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri