25 
Fev
2017
17:57
735
41
10836
Virtual karabakh

Seyran Ohanyan: Ermənistanı ciddi bədbəxtlik gözləyir

25 Fev, 2017
17:57
10836

Seyran Ohanyan: Ermənistanı ciddi bədbəxtlik gözləyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda mövcud olan sistem, iqtisadi siyasət Ermənistanın inkişaf imkanlarını sıfıra endirir. 

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib.

Onun sözlərinə görə, indiki vəziyyət Ermənistan üçün dönüş nöqtəsidir: 

“Ya biz vəziyyətin ciddiliyini, qarşımızdakı çağırışın dərinliyini anlayırıq, ya da bizi ciddi bədbəxtlik gözləyir”.

Sabiq nazir qeyd edib ki, Ermənistana yeni elita, xalqa isə yeni iqtisadi siyasət və mühit lazımdır. 

“Gizlətmirəm, mənə yüksək vəzifələr təklif olunub, lakin mən bundan imtina etmişəm. Mənim indiki siyasi elitanın heç bir üzvü ilə problemim yoxdur. Lakin mən özümü bu hakimiyyətin tərkibində görmürəm. Çünki bizim yanaşmalarımız fərqlidir”.  

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri