27 
Fev
2017
17:13
73
443
2114
Virtual karabakh

İran Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı

27 Fev, 2017
17:13
2114

İran Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Ermənistan və Azərbaycanı təmkinli olmağa, dialoq və danışıqlar yolu ilə vəziyyəti sabitləşdirməyə çağırıb.

Oxu.Az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Bəhram Qasimi bildirib.

Onun sözlərinə görə, dialoq və danışıqlar mübahisələrin nizamlanması üçün vasitədir. 

İran XİN-in rəsmi nümayəndəsi münaqişənin nizamlanmasına cavabdeh olan beynəlxalq institutların münaqişəyə son qoymaq üçün götürdükləri öhdəlikləri yerinə yetirəcəyinə ümid etdiyini bildirib. 

O vurğulayıb ki, İran tərəflərin köməkliyi ilə regionda sülh və sabitliyin bərqərar olmasına yardım etməyə hazırdır. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri