Kaliforniyada təyyarə yaşayış evlərinin üzərinə düşüb: Ölənlər var – VİDEO + YENİLƏNİB
Kaliforniyada təyyarə yaşayış evlərinin üzərinə düşüb: Ölənlər var – VİDEO + YENİLƏNİB
“Cessna 310” yüngülmotorlu təyyarənin Kaliforniya ştatının Riversayd şəhərində yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı dördə çatdı.
Oxu.Az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində dörd nəfər ölüb, daha iki nəfər yaralanıb.
Hazırda ölənlərin təyyarənin sərnişinləri və ya hadisə zamanı evində olan şəhər sakinləri olduğu məlum deyil.
08:53
ABŞ-ın Kaliforniya ştatında yüngülmotorlu təyyarə yaşayış evlərinin üzərinə düşüb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Riversayd şəhərindən San-Xoseyə uçan “Cessna 310” təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb. İlkin məlumata əsasən, təyyarənin göyərtəsində 4 nəfər olub.
Üzərilərinə təyyarə düşən iki fərdi yaşayış evində yanğın başlayıb. Sonra alov yaxınlıqdakı tikililərə keçib. Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Qəzanın səbəbləri müəyyənləşdirilir. Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi araşdırma aparır.
A.M.