28 
Fev
2017
09:41
7
209
4340
Virtual karabakh

Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO

28 Fev, 2017
09:41
4340

Türkiyədə Xocalı soyqırımının anım mərasimində dava düşüb – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kocaeli Universitetində Xocalı qətliamı anılıb. Soyqırımda həyatını itirənləri yad edən tələbələrlə onlara müxalif fikirdə olanlar arasında dava düşüb.

Oxu.Az Milliyyet.com.tr-a istinadla xəbər verir ki, universitetdə olan polislər dava edənləri ayırmaq üçün əlavə qüvvələr çağırıblar. Dava yerinə xeyli sayda polis cəlb olunub.

Polislər dava edənləri ayırsalar da, bir-birinə daş və dəyənəklərlə hücum edən tələbələr yenidən toplaşmağa cəhd ediblər. 

Hadisə zamanı bir tələbə və bir təhlükəsizlik işçisi xəsarət alıb. Yaralananlar kampusun Tibb fakültəsinin xəstəxanasına yerləşdiriliblər.

Tələbələrin təkrar qarşı-qarşıya gəlməməsi üçün polis ərazidə nəzarəti gücləndirib. Çağırışlara əməl etməyən 47 tələbəninin saxlandığı deyilir. 

Tələbələrdən biri “PKK-lı vətən xainlərini oxumağa icazə verməyəcəyik. Biz vətənini sevənlərik. Xainlər, PKK dəstəkçiləri, bu vətənin çörəyini yeyib, bu ölkənin əsgərinə güllə atan insanları burada oxumağa qoymayacağıq” şüarını səsləndirib.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri