28 
Fev
2017
10:18
115
13
1276
Virtual karabakh

Türkiyədə alman qəzetinin jurnalisti təcridxanaya yerləşdirildi

28 Fev, 2017
10:18
1276

Türkiyədə alman qəzetinin jurnalisti təcridxanaya yerləşdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə saxlanılan “Welt” qəzetinin müxbiri Deniz Yuceli bazar ertəsi naməlum müddətə təcridxanaya yerləşdirilib. 

Oxu.Az RİA Novsoti-yə istinadən xəbər verir ki, bu barədə qəzetin saytı məlumat yayıb. 

Almaniya kansleri Angela Merkel cəza tədbirini qeyri-adekvat sayır, türk hakimiyyətini söz azadlığına hörmət etməyə və jurnalisti azadlığa buraxmağa çağırır. 

Nəşrin saytındakı məlumata görə, Yuceli terror təşkilatını təbliğ etməkdə və əhalini bu fəaliyyətə sövq etməkdə ittiham edilir. Jurnalistin 43 yaşı var. O artıq iki həftədir ki, ilkin saxlama müəssisəsindədir. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri