28 
Fev
2017
11:14
143
23
1142
Virtual karabakh

“Lukoil” Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir

28 Fev, 2017
11:14
1142

“Lukoil” Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lukoil” şirkəti Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindədir.

Oxu.Az RBK-yə istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov Soçidə keçirilən investisiya forumunda bəyan edib.

Hazırda “Lukoil” Türkiyədə 600 yanacaqdoldurma stansiyasına malikdir. 

“Biz Belçika və Hollandiyada iştirakımızı artırmışıq. Burada bizim neft emalı zavodumuz mövcuddur. Balkan ölkələrində də mövqelərimiz olduqca möhkəmdir. Hazırda Türkiyədə yanacaqdoldurma məntəqələrinin sayını artırmaq niyyətindəyik, müəssisələrimiz bu bazara yönəlib”, - V.Ələkbərov deyib. 

V.Ələkbərov şirkət tərəfindən Türkiyədə biznesin genişləndirilməsi üçün nə qədər pul xərcləyəcəyini açıqlamayıb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri