28 
Fev
2017
12:39
44
22
1557
Virtual karabakh

ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi

28 Fev, 2017
12:39
1557

ABŞ Senatı “iflas kralı”nı ticarət naziri vəzifəsinə təsdiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Senatı səs çoxluğu ilə 79 yaşlı milyarder Uilbur Rossu Ticarət Nazirliyinin rəhbəri vəzifəsinə təsdiq edib. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Donald Trampın bu namizədi demokrat senatorlar tərəfindən müqavimət görməyib, nəticədə Rossun lehinə 72, əleyhinə isə 27 səs verilib. 

Uilbur Ross “N M Rothschild & Sons”un Nyu-York ofisində maliyyəçi kimi başlayıb və iflaslar sahəsində məsləhətçi kimi işlədiyi üçün “iflas kralı” ləqəbini qazanıb. 1990-cı illərin əvvəllərində bir sıra investorların gələcək prezidenti bu biznesdən sıxışdırıb çıxarmağa çalışarkən o, Donald Trampa Atlantik-Sitidə üç kazinosuna nəzarəti qorumağa yardım edib. 

“Forbes” jurnalının 2,5 milyard dollar həcmində dəyərləndirdiyi sərvətini Ross iflasa uğramış şirkətlərin səhmlərini alaraq daha sonra satmaqla qazanıb. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri