28 
Fev
2017
11:03
101
25
1363
Virtual karabakh

Tramp Obamanı informasiya sızmasında ittiham edib

28 Fev, 2017
11:03
1363

Tramp Obamanı informasiya sızmasında ittiham edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağ Evin nüfuzuna xələl gətirən informasiyanın KİV-ə sızmasının arxasında ABŞ-ın sabiq prezidenti Barak Obama və onun ətrafı durur.

Oxu.Az xəbər verir ki, bu fikri dövlət başçısı Donald Tramp “Fox News” teleşirkətinə verdiyi müsahibəsində bildirib. 

“Düşünürəm ki, bunun arxasında Obama və adamları durur. Bəzi sızmalar, çox güman ki, bu qrupdan olur”, - Tramp deyib. 

Prezident informasiya sızmasını ciddi adlandırıb. Belə ki, onlar ABŞ-ın təhlükəsizliyinə təsir edir. Eyni zamanda nəyi nəzərdə tutduğunu açıqlamayıb, amma bu sızmaların davam etdiyini istisna etməyib.    

Daha öncə fevralın 27-də CNN öz mənbələrinə istinadən Trampın Ağ Evin administrasiyasının əməkdaşlarının telefonlarını yoxlamağa icazə verdiyi barədə məlumat yaymışdı, səbəb isə onların jurnalistlərlə ünsiyyət qurmadığını dəqiqləşdirmək idi. Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser bu informasiyanı təkzib edib. 

Daha öncə dəfələrlə Trampın digər ölkə liderləri ilə telefon söhbətlərinin detalları barədə informasiya KİV-ə sızmışdı. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri