28 
Fev
2017
12:49
88
22
2404
Virtual karabakh

“YouTube”da video baxışları gün ərzində milyard saata çatıb

28 Fev, 2017
12:49
2404

“YouTube”da video baxışları gün ərzində milyard saata çatıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“YouTube” videohostinqinin istifadəçiləri gün ərzində milyard saatlıq onlayn videoya baxıblar. 

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin texniki məsələləri üzrə vitse-prezidenti Kristos Qudrou “YouTube”un rəsmi bloqunda bildirib. 

“Çıxdığımız yolda mühüm mərhələyə çatmışıq – bütün dünyada istifadəçilər hər gün “YouTube”da milyard saat video izləyirlər!” – Qudrou bəyan edib. 

“Əgər siz “YouTube”da milyard saat ərzində videoya baxmaq istəsəniz, bu, 100 min il çəkər”, - o əlavə edib. 

“YouTube” internet-hostinq 2015-ci ildə “Alphabet” holdinqinə daxil olan “Google” korporasiyasına məxsusdur. Şirkət “Google Life Sciences”, “Calico”, “Sidewalk Labs”, “Nest”, “Google Ventures”, “Google Capital” və “Google X”-ə nəzarət etməyə başlayıb. “Google”un təsisçiləri Larri PeycSergey Brin müvafiq olaraq “Alphabet” holdinqində baş direktor və prezident vəzifələrini tutublar. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri