28 
Fev
2017
12:20
8
143
2148
Virtual karabakh

Uorlik: Bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb

28 Fev, 2017
12:20
2148

Uorlik: Bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq vasitəçilər atəşkəs rejiminə riayət olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməlidirlər.

Oxu.Az news.am-a istinadən xəbər verir ki, bu barədə  ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.

“İlk növbədə, insan həyatını qorumaq, habelə danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq və atəşkəs rejiminə əməl etmək vacibdir”, - Uorlik qeyd edib.

ATƏT-in Minks qrupunun həmsədrlərinin son bəyanatını şərh edən Ceyms Uorlik bildirib ki, nə qədər ki, münaqişə aktiv vəziyyətdədir və hərbi əməliyyatlar davam edir, nizamlama prosesində irəliləyişə nail olmaq çətindir. 

“Ümid edirəm ki, prezidentlər görüşməyə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş müşahidə olunacaq. Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər var idi”, - sabiq həmsədr deyib.

C.Uorlik bildirib ki, bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb: “Ötən ilin aprelində biz çoxsaylı itkilərin şahidi olduq. Mən hələ bu gün də əmin deyiləm ki, biz dəqiq qurbanların sayını bilirik”.

O əlavə edib ki, artıq sülhün vaxtı gəlib çatıb: “Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək”.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri