16 
Mar
2017
22:46
24
315
2859
yuxarı
Ukraynada zavodda partlayış baş verib: Ölənlər var
16 Mar, 2017
22:46
2859
24
315
Ukraynada zavodda partlayış baş verib: Ölənlər var
Ukraynanın Zaporojye şəhərindəki zavodlardan birində partlayış baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə “Zaporojkoks” zavodunda qeydə alınıb. Hadisə zamanı 4 nəfər ölüb. Partlayışın təmir zamanı baş verdiyi bildirilir.
Belə ki, təmir zamanı yaranmış partlayış zamanı 3 nəfər hadisə yerindəcə dünyasını dəyişib. Daha bir nəfər isə təcili yardım maşınında ölüb.
Mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə baxış keçirilir.
A.M.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək