17 
Mar
2017
09:48
105
28
1368
Virtual karabakh

Türkiyə Rusiyadan buğdanın rüsumsuz idxalına qadağa qoyub

17 Mar, 2017
09:48
1368

Türkiyə Rusiyadan buğdanın rüsumsuz idxalına qadağa qoyub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə hökuməti Rusiyadan buğda, qarğıdalı və günəbaxan yağının rüsumsuz idxalı üçün lisenziyaların verilməsini dayandırıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Kənd təsərrüfatı malları ixracatçıları Milli Assosiasiyasına istinadən “Kommersant” qəzeti məlumat yayıb. 

Məlumata əsasən, qeyd olunan malların Türkiyəyə idxal olunması üçün 130 faiz məbləğində rüsumun tətbiq ediləcəyi gözlənilir. Bu isə faktiki olaraq, tədarükün dayandırılması deməkdir. 

Türkiyə Rusiyadan buğdanın idxal həcminə görə Misirdən sonra dünyada ikinci yerdədir. 2016-cı ilin iyulundan 2017-ci ilin fevralınadək Türkiyə Rusiyadan 2 mln. ton buğda idxal edib. 

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri