17 
Mar
2017
18:05
28
106
5610
Virtual karabakh

YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlərin siyahısı açıqlandı

17 Mar, 2017
18:05
5610

YUNESKO-nun baş direktoru vəzifəsinə namizədlərin siyahısı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

YUNESKO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs təşkilatın baş direktoru vəzifəsinə 9 namizədin adını rəsmi açıqlayıb. 

Oxu.Az YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmi namizədlər arasında Polad Bülbüloğlu (Azərbaycan), Fam Suan Şon (Vyetnam), Muşira Həttab (Misir), Hamad Bin Əbdüləziz Al-Kavari (Qatar), Tsyan Tan (Çin), Xuan Alfonso Fuentes Soria (Qvatemala), Saleh Al-Hasnavi (İraq), Vera El-Huri Laköy (Livan) və Odri Azule (Fransa) var. 

Baş direktor İcraiyyə Şurasının təqdimatı ilə Baş Konfrans tərəfindən 4 il müddətinə təyin edilir. 9 namizəd aprelin 26-27-də baş tutacaq İcraiyyə Şurasının 201-ci sessiyasında müsahibədən keçəcəklər. 

İcraiyyə Şurası tərəfindən təqdim edilmiş namizəd Şuranın oktyabr ayında keçiriləcək 202-ci sessiyasında gizli səsvermə yolu ilə seçiləcək. Sonra YUNESKO-nun İcraiyyə Şurasının sədri seçilmiş namizədi noyabrda keçiriləcək Baş Konfransın 39-cu sessiyasında təqdim edəcək. Baş Konfrans namizədliyi nəzərdən keçirəcək və gizli səsvermə aparacaq.

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri