17 
Mar
2017
23:03
28
551
9499
Virtual karabakh

İstanbulda enməyə hazırlaşan iki təyyarəni ildırım vurub

17 Mar, 2017
23:03
9499

İstanbulda enməyə hazırlaşan iki təyyarəni ildırım vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulda “Atatürk” adına hava limanına eniş etməyə hazırlaşan iki təyyarəni ildırım vurub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hazırda şəhərdə leysan yağışlar davam edir.

İldırım birinci təyyarənin gövdəsini vurub və dispetçerlər bu barədə ikinci təyyarənin pilotlarına məlumat veriblər. Buna baxmayaraq, ikinci hava gəmisi də ildırım vurmasından yayına bilməyib.

Sonda hər iki təyyarə uğurla eniş edə bilib. Zərərçəkənlər və ya təyyarələrə dəyən ziyan barədə məlumat yoxdur.

S.B.
www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri