18 
Mar
2017
10:48
538
53
3121
Virtual karabakh

Ərdoğan Avropada türklərin sayını artırmağa çağırdı

18 Mar, 2017
10:48
3121

Ərdoğan Avropada türklərin sayını artırmağa çağırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avropada yaşayan qardaş-bacılarıma səslənirəm. Oralara sahib çıxın. Daha yaxşı şəhərlərdə yaşayın. Ən yaxşı avtomobillərdə gəzin, ən yaxşı evlərdə yaşayın. Üç deyil, beş uşaq dünyaya gətirin. Çünki Avropanın gələcəyi sizsiniz. Sizə qarşı edilən haqsızlıqlara veriləcək ən gözəl cavab bu olacaq”.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə xalq qarşısında çıxışı zamanı söyləyib.

“Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanı Hollandiyada qarşılamağa gələn insanlara qarşı itlərlə hücum etməyin nəyi demokratiyadır? Hüseyn Kurt qardaşımı yerdə itlərə parçaladanların keçmiş Romadakı qladiatorlardan nə fərqi var?”, - deyə Ərdoğan bildirib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri