18 
Mar
2017
13:35
305
35
6876
yuxarı
Türkiyə XİN Krımla bağlı bəyanat verdi
18 Mar, 2017
13:35
6876
305
35
Türkiyə XİN Krımla bağlı bəyanat verdi
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Krımın Rusiya tərəfindən ilhaqının 3 illiyi ilə bağlı bəyanat yayıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bəyanatda beynəlxalq hüquqa zidd olaraq həyata keçirilən bu vəziyyətin qəbuledilməz olduğu bir daha vurğulanıb:
“Bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi ifadə edirik. Türkiyə Krımdakı vəziyyəti yaxından izləməyə və yarımadanın əsl sakinləri olan Krım tatar türklərinin haqq və mənafelərini müdafiə etməyə davam edəcək”.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək