18 
Mar
2017
16:15
26
175
4804
Virtual karabakh

“Roskosmos”un keçmiş rəhbəri həbsxanada qətlə yetirilib

18 Mar, 2017
16:15
4804

“Roskosmos”un keçmiş rəhbəri həbsxanada qətlə yetirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluq maddəsi ilə həbs olunan “Roskosmos” korporasiyasının keçmiş icraçı direktoru Vladimir Yevdokimov Rusiyanın paytaxtı Moskvanın şimalında yerləşən cəzaçəkmə müəssisəsində ölü tapılıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, məlumatı Cəzaların İcrası Federal Xidməti təsdiqləyib.

Rusiya İstintaq Komitəsinin Moskva İdarəsindən isə bildirilib ki, V.Yevdokimov aldığı bıçaq yaralarından ölüb.

“Roskosmos”un bəyanatında isə bildirilir ki, dövlət korporasiyası hadisənin hərtərəfli araşdırılmasını tələb edir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri