20 
Mar
2017
11:38
190
349
5163
Virtual karabakh

14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar

20 Mar, 2017
11:38
5163

14 ton Azərbaycan pomidorunu Rusiyaya buraxmadılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dağıstanın Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan Rusiyaya aparılan 13 ton 941 kiloqram pomidor saxlanılıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiyanın fitosanitar müfəttişləri Azərbaycandan gətirilən tomatın sertifikatında şübhə doğuran düzəliş aşkar ediblər və buna görə də malın saxlanılması barədə qərar verilib.

Yükün sahibi karantin altında məhsulun gətirilməsi və daşınması qaydalarının pozuntusuna görə inzibati məsuliyyətə cəlb olunub. 13 ton 941 kiloqram pomidorun Rusiya ərazisinə keçirilməsinə qadağa qoyulub. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri