20 
Mar
2017
17:02
336
48
2216
Virtual karabakh

Krıma səfər edən avropalı deputatların Ukraynaya girişinə qadağa qoyulub

Ukrayna Təhlükəsizlik Xidməti martın 19-da Krıma üçgünlük səfər edən Avropa ölkələrinin 4 deputatına qarşı sanksiya tətbiq edib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin rəhbəri Yelena Qitlyanskaya bildirib.

Y.Qitlyanskaya “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, Krıma qanunsuz səfər edən Serbiya və Çexiya vətəndaşlarının 5 il ərzində Ukraynaya girişinə qadağa qoyulub.

Qeyd edək ki, martın 19-da Rusiyanın hakim Ədalətli Rusiya Partiyası Böyük Britaniya, Çexiya, Serbiya və Monteneqro, o cümlədən Qırğızıstan və Braziliya parlamentlərinin bir neçə deputatının Krıma səfərini təşkil edib. 

S.B.
www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Dünya xəbərləri