20 
Mar
2017
21:05
27
250
3633
Virtual karabakh

Belarus DSX: Ermənistandan Bolqarıstana uçan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olub

20 Mar, 2017
21:05
3633

Belarus DSX: Ermənistandan Bolqarıstana uçan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun hava məkanından keçməklə Ermənistandan Bolqarıstana, daha sonra isə Xorvatiyaya uçması nəzərdə tutulan təyyarədə radiasiya fonu normadan 250 dəfə çox olan avadanlıq aparıldığı üzə çıxıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Belarus Dövlət Sərhəd Xidmətinin Sərhəd nəzarət idarəsinin rəisi Oleq Lyaşuk bildirib.

Qeyd edək ki, martın 19-da Ermənistandan Bolqarıstana uçan təyyarə tranzit olaraq keçdiyi Belarusun Qomel aeroportunda yoxlanılan zaman göyərtəsində radioaktiv yük aşkarlanıb. Bu barədə  ilk dəfə bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili ilə bağlı iclasda Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib. 

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri