21 
Mar
2017
11:15
118
139
26250
Virtual karabakh

Dünyanın 10 ən zəngin insanı – REYTİNQ

21 Mar, 2017
11:15
26250

Dünyanın 10 ən zəngin insanı – REYTİNQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Forbes” jurnalı martın 20-də dünyanın ən zəngin insanlarının yeni, 31-ci reytinqini açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, 2016-cı ildə milyarderlərin sayı ilk dəfə iki min nəfəri keçib.

İl ərzində sərvətləri bir milyarddan çox olan insanların sayı 13% artıb, 1810 nəfərdən 2043 nəfərə qədər. Dünyanın ən zəngin insanlarının ümumi sərvəti 18% çoxalaraq 7,67 trilyon dollar təşkil edib.

“Microsoft” şirkətinin təsisçisi Bill Geyts ardıcıl olaraq dördüncü il dünyanın ən varlı insanı seçilib. Onun sərvəti 75 milyarddan 86 milyard dollara qədər artıb.

“Berkshire Hathaway” şirkətinin təsisçisi Uorren Baffetin sərvəti bu müddət ərzində 14,8 milyard dollar artıb, və o, reytinqin ikinci pilləsində qərarlaşıb.

“Amazon.com”un təsisçisi Cef Bezos beşinci pillədən üçüncüyə qalxıb. Onun sərvəti 72,8 milyard dollar dəyərində qiymətləndirilib.

İlk onluğa həmçinin “Zara”nın təsisçisi Amansio Orteqa ($71,3 mlrd.), “Facebook”un təsisçisi Mark Zukerberq ($56 mlrd.), meksikalı biznesmen Karlos Slim ($54,5 mlrd.), amerikalı iş adamları Larri Ellison ($52,2 mlrd.), Çarlz Kox ($48,3 mlrd.), David Kox ($48,3 mlrd.) və Nyu-Yorkun 108-ci meri Maykl Blumberqin ($47,5 mlrd.) adları daxil edilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri